Tahir İmanovdan vəhhabi olması iddialarına CAVAB

18:46 09.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Tahir İmanov vəhhabi olması haqda yayılan iddialara ilk dəfə cavab verib.

Hafta.az xəbər verir ki, əməkdar artist bununla bağlı "Planet Parni iz Baku"nun sosial media hesabında paylaşım edib.

T.İmanov onun dini mənsubiyyəti ilə bağlı açıqlama verən, yazı yazan şəxslərdən narazılıq edib:

"Mənim ailəmin şəxsi həyatına daxil olmayın. Hələ mənə müxtəlif ləqəblər də qoşursunuz. Baxmayaraq ki, bizim dində qanun baxımından azadlıqdır. Yazırsınız ki, Tahirin dini təriqəti belədir, elədir. Şükür Allaha mən müsəlmanam. Heç kimə ləqəb qoşmuram. Mənim üçün İslamda olan hər bir qardaş, bacı müsəlmandır. Sizlərdən fərqli olaraq, insanları təriqətlərə bölmürəm. Bizim şəxsi həyatımıza qarışmayın. Əgər bu hal təkrarlanarsa, mən Azərbaycan qanunvericiliyinin mənə verdiyi bütün imkanlardan istifadə edəcəyəm. Bu hədə-qorxu deyil. Sonra mənə yalvarmayın ki, ərizəni geri götür.".

Qeyd edək ki, mərhum Əməkdar artist Cabir İmanovun vəfatından sonra sosial mediada onun qardaşı Tahir İmanovun vəhhabi olması haqqında iddialar yayılmışdı.