Taksi sürücülərinin maaşı 1200 dollar oldu

09:10 27.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən il Rusiyada maaşları ən çox artırılan peşəkarlar sırasında taksi sürücüləri də olub.

Hafta.az-ın Head Hunter insan resursları şirkətinin məlumatlarına istinadən yazdığına görə, Rusiyada keçən il taksi sürücülərinin orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 23 faiz artaraq 107300 rubla çatıb. Bu rəqəm bəzi hallarda 300 min rubla da yaxınlaşır.

Ötən il ölkədə taksi sürücüləri tapmaq üçün 14 minə yaxın reklam yerləşdirilib. 2022-ci illə müqayisədə bu göstəricidə 21 faiz artım qeydə alınıb.

Moskva və Sankt-Peterburq taksi sürücülərinə ən çox ehtiyac duyulan yerlər sırasındadır.

Martın əvvəlinə Rusiyada orta aylıq əməkhaqqı 65340 rubl civarındadır.

Digər tərəfdən, “Rossiyskaya qazeta”nın məlumatına görə, bu gün ölkədə iş axtaran insanların orta əməkhaqqı gözləntiləri 115 min rubl (1250 dollar) təşkil edir.

Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun müəllimi, professor Aleksey Zubets bildirib ki, orta əməkhaqqı gözləntiləri Moskvada 116 min rubl, Vladivostokda isə 127 min rubl təşkil edir.