Yazını böyüt
Yazını kiçilt
İsmayıl Haniyənin şəhadətindən sonra Taliban Hərəkatının liderlərindən olan Mövlavi Şah Məhəmməd “intiqam alacağına” söz verib.
Hafta.az-ın yazdığına görə, açıqlamasında Fələstin xalqının yanında olduqlarını vurğulayan Məhəmməd, "Ey Fələstin xalqı, biz sizinləyik. Sizin qanınız bizim qanımızdır. İnşallah, gizli və aşkar sizinləyik. Tezliklə qisasınızı alacağıq. Şəhid İsmayıl Haniyə dediyi kimi, “Qüds və Əqsa üçün qanımız və malımız fədadır” deyib.