Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın Daxili İşlər Nazirliyi qadın ictimai təhlükəsizlik bölməsinin yaradılması barədə məlumat yayıb. Hafta.az bildirir ki, idarədən verilən açıqlamaya görə, hazırda bu bölmədə xidmət etmək üçün 100 qadın hazırlanır.
Ekspertlər bu bölmənin qadınların etirazlarına qarşı istifadə olunacağını bildirirlər. Mediaya sızan videoda qadınlar polisin adətən nümayişləri dağıdarkən istifadə etdiyi qalxan və dəbilqələrlə təchiz olunub.