“Taliban” Özbəkistandan bazarda musiqi səsləndirməməyi xahiş edib

11:32 14.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Taliban” rəsmiləri Özbəkistandan sərhədyanı Termiz şəhərindəki ümumi bazarda konsert və musiqi proqramlarını ləğv etməyi xahiş ediblər.

Hafta.az-ın yazdığına görə, bu barədə Atlaspress mənbələrə istinadən məlumat yayıb.

“Taliban” rəsmiləri xəbərdarlıq ediblər ki, əks halda Əfqanıstan vətəndaşlarının bu ümumi bazara daxil olmasına icazə verilməyəcək.

Qeyd edək ki, Əfqanıstan vətəndaşları Termizdəki müştərək sərhədyanı bazarı vizasız ziyarət edə bilərlər. Ziyarətçilər üçün musiqi proqramları təşkil olunub, gecə özbək incəsənət ustaları konsertlər veriblər.

“Taliban” musiqili proqramların keçirilməsinin əleyhinədir və Özbəkistan hökumətindən bu cür proqramların keçirilməsinə icazə verməməyi xahiş edib.

Avqust ayında Surxandərya rayonunda Termiz beynəlxalq ticarət mərkəzi fəaliyyətə başlayıb. “Taliban”la Özbəkistan arasında bağlanmış razılaşmaya əsasən, Əfqanıstan vətəndaşları bu bazarda 15 gün vizasız qala və səyahət edə bilərlər.