Tanınmış prokuroru şantaj edənlərin işi məhkəməyə göndərilib

10:53 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış prokuror Tariyel Qurbanov şantaj olunub.


Hafta.az apa-ya istinadən xəbər verir ki, bir qrup şəxs Tariyel Qurbanova hədə-qorxu gələrək tələb ediblər.


Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı şantaj etməkdə iddia olunan dəstə üzvləri - Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova həbs olunublar. Dəstə üzvləri hər biri Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilirlər.


İttiham olunan şəxslər Tariyel Qurbanovdan əlavə Mirvasif Mahmudov adlı şəxsi də şantaj ediblər.


Hazırda iş üzrə ilkin istintaq başa çataraq, baxılması üçün məhkəməyə göndərilib.


Cinayət işi üzrə Tariyel Qurbanov və Mirvasif Mahmudov zərərçəkmiş kimi tanınıb.


Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.


Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.


Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.


Prokuror bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.

Oxunma sayı 131