Tatarıstan prezidenti Azərbaycana səfər edəcək

15:55 15.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov noyabrın sonunda Azərbaycana səfər edəcək.

Bunu hafta.az-a bu gün "Taqras" neft-servis holdinqinin baş direktoru Lenar Nazipov deyib.

O bildirib ki, noyabrın 26-dan 30-dək Tatarıstan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda olacaq. Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

O əlavə edib ki, "Taqras" şirkəti Azərbaycan, Türkmənistan və Özbəkistan bazarlarını fəal şəkildə tədqiq edir.

Siyasət rubrikasından digər xəbərlər