Taxıl gəmiləri hərbi hədəf ola bilməz - BMT-nin koordinatoru

11:58 31.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

BMT-nin taxıl müqaviləsi üzrə koordinatoru Əmir Abdullah bildirib ki, mülki taxıl yük gəmiləri hərbi hədəf ola bilməz və ərzaq axını davam etməlidir. Bu barədə o, öz Twitter səhifəsində yazıb.

“Mülki yük gəmiləri heç vaxt hərbi hədəf və ya girov ola bilməz. Yemək gəlməlidir”, - Abdulla yazıb.
Bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov demişdi ki, Moskva taxıl müqaviləsi çərçivəsində məhsullarının ixracına dair vədlərin yerinə yetirilməsini görmür. Yerxovun sözlərinə görə, 8,5 milyon ton Ukrayna taxılı limanları tərk edib, lakin Rusiyadan ixrac baxımından heç bir dəyişiklik yoxdur.