Çinin xarici işlər naziri Qin Gang deyib ki, Çin hakimiyyəti Tayvan məsələsini qırmızı xətt hesab edir, ona görə də ABŞ onun həllinə hansısa formada müdaxilə etməyə çalışmamalıdır. Hafta.az xəbər verir ki, o, bu barədə bu həftə Pekində keçirilən ölkənin əsas məşvərətçi və qanunverici orqanının illik sessiyaları zamanı mətbuat konfransında bildirib.
Nazirin qeyd etdiyi kimi, bu məsələ “Çinin əsas maraqlarının özəyinə toxunur”. Onun sözlərinə görə, bu, Pekin və Vaşinqton arasında münasibətlərdə “qırmızı xətt”dir və onu “keçmək olmaz”.
“Amerika tərəfi ilə Tayvan məsələsini müzakirə etməyimizin səbəbi ondan Çinin daxili siyasətinə qarışmamasını tələb etməyimizdir”, - diplomat bildirib.
Qin Qanq həmçinin bildirib ki, Çin Xalq Respublikasının Mərkəzi Hökuməti materikin Tayvanla sülh yolu ilə birləşməsinə yardım etməyə davam edəcək. O qeyd edib ki, materik Çin və bu adanın sakinləri “qan qardaşıdır”.
“Biz vətənin sülh yolu ilə birləşməsi üçün səylərimizi davam etdirəcəyik, bunun üçün mümkün olan xoş niyyəti nümayiş etdirəcəyik”, - deyə o əlavə edib.