Tbilisi küçələrində Azərbaycan bayrağı nümayiş etdirilib

16:50 10.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrindəki binalarda quraşdırılmış iri reklam lövhələrində Azərbaycan bayrağı nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə gerçəkləşdirilən maraqlı aksiya ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.