Yazını böyüt
Yazını kiçilt
""Azərsu-tikinti" xəstəxanasında fəaliyyət göstərən bir sıra şöbələr mövcud idi. Hazırda həmin binanın ərazisində yalnız dializ şöbəsi fəaliyyət göstərir və orada tibbi xidmətin təşkilində heç bir çətinliyimiz yoxdur".
Hafta.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovu deyib. Onun sözlərinə görə, binanın təmiri gözlənilir:
"Gələn ildə həmin xəstəxananın yenidən qurulması gözlənilir. Qısa müddətdə bu istiqamətdə layihələri icra edəcəyik".