TƏBİB koronavirusdan sağalanlara müraciət etdi

13:14 06.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan sağalan vətəndaşlara müraciət edib.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə TƏBİB COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq digər xəstələrə yardım etməyə çağırıb.

Ünvan: Mərkəzi Qan Bankı, Mirəli Qaşqay küçəsi 87.

Telefonlar:

907

 

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.