Təbii fəlakət nəticəsində ölənlərin sayı 631-ə çatdı

10:45 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın 3 əyalətini əhatə edən Sumatra adasında musson yağışlarının səbəb olduğu daşqın, torpaq sürüşməsi və palçıq axını nəticəsində ölənlərin sayı 631-ə çatıb.

Hafta.az İndoneziya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərlə mübarizə qurumu məlumat yayıb. Təbii fəlakət nəticəsində 500-ə yaxın adam itkin düşüb, təxminən 1 milyon sakin təxliyə olunub. Hər 3 əyalətdə tikililərə, fərdi evlərə, yollara, infrastruktura, kommunikasiya xətlərinə böyük ziyan dəyib. Bəzi yaşayış məntəqələrinə gedən yollar keçilməz hala düşdüyü üçün hava nəqliyyatı ilə yardımlar göndərilir.

Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır. İndoneziya Prezidenti Prabovo Subianto bütün qüvvələrin, habelə polis və ordunun axtarış-xilasetmə və yardım işlərinə cəlb olunduğunu deyib.

Qeyd edək ki, noyabrın 25-dən bəri musson yağışları Cənubi və Cənub-Şərqi Asiyada böyük fəsadlara səbəb olub. Tailandda 176, Şri-Lankada 366 nəfər ölüb, itkin düşənlər var. Təbii fəlakətlər Cənub-Şərqi Asiyada ümumilikdə 4 milyon insanın həyatına təsir edib.