Təcili tibbi yardımın həkimini maşın vurdu

09:38 21.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

"Azərsu" ASC-nin binası qarşısında yolu keçən 62 yaşlı Əhmədov Bəhruz Mustafa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

 

Qeyd edək ki, B.Əhmədov 5 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimidir.

 

Hadisənin təfərrüatı araşdırılır.(report)

Oxunma sayı 561