Tehran “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı 3 məsələnin həllini istəyir - Politoloq

18:51 09.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş bu gün Bakıda keçirilib. Görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparılıb. Tərəflər adı çəkilən dəhlizin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Politoloq Elxan Şahinoğlu hafta.az-a bildirib iranlı nazirın çıxışı zamanı təklifləri diqqəti çəkib. O dəhliz çərçivəsində daimi katiblik sisteminin yaradılmasını təklif edib. Onun sözlərinə görə, dəhliz çərçivəsində İran ərazisində "Rəşt-Astara" dəmir yolunun yaradılması məsələsi də vacibdir. Nazir onu da əlavə edib ki, sərhədlər vasitəsilə gediş-gəlişin və vizaların verilməsinin asanlaşdırılması vacib məsələlərdəndir. “Biz vizanın alınması məsələsini asanlaşdırmalıyıq, burada bəzi xərclər azaldılacaq, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələr aradan qalxacaq”, - Rüstəm Qasemi qeyd edib.

Beləliklə, Tehran “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı 3 məsələnin həllini istəyir. Birincisi, dəhlizin daimi katibliyi yaradılsın. İkincisi, Rəşt-Astara dəmiryolunun tikintisi üçün vəd edilən kredit ayrılsın. Üçüncüsü, Rusiya, Azərbaycan və İran vətəndaşlarının sərhəd keçidləri asanlaşdırılsın, yəni viza rejimi ləğv edilsin. Daimi katibliyin yaradılması mümkündür. Rəşt-Astara dəmirlyonun tikintisinı Rusiya maliyyələşdirə bilər. Rusiya İrana kredit vəd verib. O ki qaldı, İranla viza rejiminin yumşalmasına, rəsmi Bakının gündəliyində bu məsələ yoxdur.

Siyasət rubrikasından digər xəbərlər