Təhsil Nazirliyi və BMU birgə konfrans keçirəcək

16:57 07.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

29-30 noyabr tarixlərində Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” adlı elmi-praktik konfrans keçiriləcək.

Hafta.az yazır ki, konfransın məqsədi mühəndislik elmləri üzrə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, yeni araşdırmaları, düşüncələri bölüşmək, problemlərə birgə həll yolu tapmaqdır. Belə ki, hazırda dünyada olduğu kimi ölkəmizdə də mühəndislik elmləri və ona yaxın digər elmi sahələr sürətlə dəyişir, inkişaf edir. İqtisadi inkişaf və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal, idarəetmə sahələrinə tətbiq edilməsi bütün sferalarda zəruri ehtiyac olaraq qarşımıza çıxır. İki gün davam edəcək konfransda mövcud inkişaf və dəyişikliyə uyğun fəaliyyəti gücləndirmək, ölkəmizin gələcəyinə töhfə vermək istiqamətində də ətraflı müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransa təqdim olunacaq və təşkilat komitəsi tərəfindən seçiləcək işlər toplu şəklində nəşr ediləcək.