Tələbələrimiz beynəlxalq müsabiqədə iştirak ediblər

16:26 29.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya İslam İnstitutunun təşkilatçılığı ilə Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində İslam təhsil müəssisələri tələbələrinin XVI ümum-Rusiya Olimpiadası keçirilib.

Sözügedən beynəlxalq tədbirə Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) münsif qismində – İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov; iştirakçı qismində – IV kurs tələbəsi Peyman Xəlilov, III kurs tələbələri Rauf İbrahimxəlilov, Çərkəz Şahbazov və Zeynəb Xəlilli qatılıblar.

 

İştirakçılar İslam hüququ, əqaid və ərəb dili istiqamətləri üzrə sualları cavablandırıblar. İlahiyyat İnstitutunun tələbələri aktivliyi ilə seçilib. Aİİ tələbəsi Zeynəb Xəlilli müsabiqədə uğurlu iştirakına görə mükafatlandırılıb.

Oxunma sayı 49
Siyasət rubrikasından digər xəbərlər