Telman İsmayılov Monteneqroda saxlanıldı 

21:19 01.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın paytaxtı Moskvada Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə TASS Monteneqro mediasına istinadən məlumat yayıb.

İlkin məlumata əsasən, T.İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham edilir.

 

Azərbaycanlı iş adamının axtarışı İnterpol xətti ilə həyata keçirilib.