Təqaüdçülərə 10 min veriləcək

15:37 22.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin təqaüdçülərə əlavə 10 min rubl vəsaitin ayrılması ilə bağlı sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu Rusiya prezidentindən hərbiçilərin maddi cəhətdən dəstəklənməsi üçün əlavə tədbirlərin görülməsini xahiş edib. Putin isə vurğulayıb ki, hazırda ölkədə yaşlı insanlar üçün real inflyasiya 6,5  faiz təşkil edir.

 Putin 2021-ci il ərzində bir dəfə olmaqla işləyən və işləməyən təqaüdçülərə əlavə 10 min rubl vəsait ayrılmasını tapşırıb.

Həmçinin hərbiçilər üçün bu rəqəm 15 min rubl təşkil edəcək.