Tərəvəz istehsalçılarına pis xəbər: Rusiya bazarlarına yollar bağlana bilər

12:25 11.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Ötən il Rusiyadakı istixanalarda 1,4 milyon ton həcmində tərəvəz məhsulları yetişdirilib. Bunun 830 min tonu xiyar, 590 min tonu isə pomidordur. Rusiya fermerləri bununla da tərəvəz istehsalında rekord qıırblar".
 
Hafta.az-ın yazdığına görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Hevandarlıq Nazirliyi aşıqlama yayıb. Nazirlik bildirib ki, rekordun yenilənməsində istehsal sahələrinin genişləndirilməsi və köhnə istixanaların müasirləşdirilməsi mühüm rol oynayıb. Nazirlik, 2021-ci ildə ölkə üzrə istixanaların sahəsini 6 faiz genişləndirməklə 3200 hektara çatdırıldığını bildirib.
 
Açıqlamada deyilir ki, yeni texnologiyalardan istifadə nəticəsində hər bir kvadratmetrdə məhsuldarlıq 100 kq pomidor və 160 kq xiyar olub. 
 
İstixanalın daha çox yayıldığı bölgələr isə Lipetsk, Moskva, Kaluqa, Volqoqrad, Novosibirsk, Saratov və Çelyabinskdir. 
 
Nazirlik qeyd edib ki, istixanalarda tərəvəz istehsalını 2025-ci ilədək 1,6 milyon tona çatdırmaq istəyirlər. Yalnız bu yolla Türkiyə, Cənubi Qafqaz və Yaxın Şərq regionundan pomidor-tərəvəz idxalının qarşısını ala bilərlər. 
 
Xatırladaq ki, Azərbaycan 2020-ci ildə xarici bazarlara 201,354 milyon dollarlıq 188 min tona yaxın təzə və soyudulmuş pomidor ixrac edib. Onun da əksər qismi Rusiyaya ixrac olunub. Qardaş Türkiyədən Rusiyaya pomidor ixracı üçün isə rəsmi Moskva tərəfindən 2021-ci il üçün 300 min tonluq kvota müəyyənləşdirilib.