Terror üzərində qurulan İran-Ermənistan əməkdaşlığı  

11:36 01.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

30 illik işğal və ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana açıq və gizli şəkildə dəstək verdiyi artıq heç kimə sirr deyil. Ortada olan faktlar bu tezisi bir daha təsdiqləyir.

Bu günlərdə erməni mətbuatında erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyanın terrorçu və cani Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında əməkdaşlıq faktlarına dair açıqlamaları Tehrandakı molla rejiminin əsa simasını, Azərbaycan ərazilərinin işğalına hansı münasibət sərgilədiyini bir daha ortaya qoydu.

Martiros Jamkoçyan 21 iyun 1958-ci ildə Livanın paytaxtı Beyrutda anadan olub. Gənc yaşlarından erməni terror təşkilatı ASALA-ya qoşulub. Jamkoçyan 1981-ci il iyunun 9-da Cenevrənin mərkəzində türk konsulluğunun əməkdaşı Mehmet Yerquzu üç güllə ilə öldürüb. İsveçrə məhkəməsi terrorçunu 10 il müddətinə azadlıqdan məhrum edib. Jamkoçyan həbsxanadan çıxdıqdan sonra Ermənistana, oradan isə qanunsuz olaraq Qarabağa köçüb və burada Monte Melkonyanın komandanlığı altında olan dəstənin tərkibində etnik təmizləmə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi işlərində fəal iştirak edib. Komandirindən fərqli olaraq, Jamkoçyan haqq etdiyi cəzadan qurtula bilib və bu gün Ermənistanda yaşayır.

Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində M.Jamkoçyan bildirib ki, 1992-ci ilin yazında terrorçu Monte Melkonyanla birlikdə Xocavənddə azərbaycanlılara qarşı etnik təmizləmə ilə məşğul olub.

“Orada yolboyu türklərin yaşadıqları kəndlər var idi. Və qrupumuz bu əraziləri “təmizləməyə” başladı. Dəstəmiz bütün regionda ən çox hərbi texnika və silaha malik idi”, - deyə Jamkoçyan yada salıb.

“Qubadlının azad edilməsindən” əvvəl farslar Monteyə zəng etdilər, onunla hesablaşırdılar. Bu bir sirdir və mən onu bu gün sizə açıram. Farslar Monte ilə görüşmək üçün Qorisə gəldilər, onlar əməliyyatın hazırlanmasından xəbərdar idilər. Həmin vaxt biz Laçın şəhərində idik, oradan Zəngilana, Qubatlıya, Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini buraya gətirmişdik. Farslar bu əməliyyatdan xəbər tutdular, bütün bunları kimin təşkil etdiyini öyrəndilər. Və o zaman İranın marağı ondan ibarət idi ki, bizimlə əməkdaşlıq etsinlər, heç nə olmasın, müharibə Arazın o tərəfinə keçməsin. Onlar zəmanət istəyirdilər və bizimlə danışıq aparmağa gəlmişdilər. Bu, 1993-cü ilin əvvəlində, yazda idi. Dostlarımız və düşmənlərimiz kimlə qarşı-qarşıya gəldiklərini bilirdilər. Ona görə də bizimlə hesablaşdılar, danışıqlar apardılar. Təbii ki, biz farslara təminat verdik ki, əsgərlərimiz İran istiqamətində və həmin istiqamətdə geri çəkilən azərbaycanlılara atəş açmayacaqlar. Belə də oldu”, - Jamkoçyan açıqlamasında bildirib.

Erməni terrorçunun əslində hamıya məlum olan bu “sirr”i Tehranın ikibaşlı siyasətinin daha bir göstəricisidir.

“Orta Şərqdə, dünyada olan terror şəbəkələri İran-Ermənistan terror şəbəkəsi ilə birgə fəaliyyət göstərir. Livanda, Fransada, Koliforniyada olan terrorçular Ermənistanı özlərinə mərkəz ediblər və İranın terror qrupları ilə çox intensiv əməkdaşlığı var”.

Bunu "Həftə içi"nə Millli Məclisin deputatı Asim Mollazadə hafta.az-a bildirib.

Onun sözlərinə görə, İran-Ermənistan münasibətləri terror üzərində qurulub. İranın 44 günlük müharibə zamanı və sonralar da Azərbaycana qarşı əks mövqe bildirib.

“Birinci Qarabağ müharibəsində İranın ermənilərlə sövdələşmə faktı - ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları kontekstində sübut olunur”.

A.Mollazadə bildirib ki, bu gün İran və Ermənistan bir-biri ilə "bir millət iki dövlət kimi" davranırlar.  Ermənilər tək bizim bölgəmizdə deyil, Orta Şərqdə olan erməni yaraqlı dəstələri Hizbullahla bir yerdə xiristianlara qarşı vuruşurlar.

“Maqraqlıdır ki, dünya terroru dəstəkləyən Ermənistan-İran “qardaşlığını” görmür, göz yumur. Bununla yanaşı İranın 100 minlərlə müsəlmanı yurdundan didərgin salmış, öldürmüş, mədəni-dini dəyərləri məhv etmiş Ermənistana dəstək verməsi onu göstərir ki, bu ölkə dini siyasi oyunlarında istifadə edir. İran islama, onun dəyərlərinə xidmət etmir. Ermənilərlə qardaşlıqları hər ölkənin riyakarlğını göstərir. Ermənilər müsəlmana, islama hörmətsizlik göstərir, eyni zamanda, islam dövləti sayılan İranla dost kimi davranır”.

A.Mollazadə bəyan edib ki, Ermənistanın bu istiqamətdə olan siyasəti bu xaqı çox ciddi təhlükələr qarşısında qoyur.

“Ermənistan belə davam edərsə, sülh istiqamətində addım atmazsa, terroru dəsətkləyən ölkələrlə əməkdaşlıq edərsə, mövcudluğu sual altında qalacaq”.

Siyasət rubrikasından digər xəbərlər