Tərtərdə avtomobillə vurulan atlı öldü

17:35 16.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, sentyabrın 15-də saat 20 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə atla hərəkət edən Bərdə rayon sakini Asif Süleymanov vurulub.

 

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Süleymanov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxunma sayı 2216