Tərtərə gəlişiniz və məktəbimizin yenidən tikilməsi haqqında verdiyiniz Sərəncam bizi Sizə daha da yaxınlaşdırdı - Tərtər rayon sakinləri Prezidentə minnətdardır

18:17 09.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çox hörmətli cənab Prezident.

Tərtər rayonunun A.Məmmədov adına Xoruzlu kənd tam orta məktəbinin kollektivi adından Sizə böyük təşəkkürümüzü bildiririk.

Uzun illər məktəbimiz yararsız vəziyyətdə idi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi çətin də olsa, təhsilini davam etdirirdi. Sizin Tərtərə gəlişiniz və məktəbimizin yenidən tikilməsi haqqında verdiyiniz Sərəncam bizi Sizə daha da yaxınlaşdırdı. Biz gördük ki, Siz hər zaman xalqımızın yanındasınız. İstər cəbhə bölgəsində vəziyyətin gərginləşdiyi dövrlərdə, istərsə də hazırkı koronavirus bəlası ilə mübarizə zamanı Siz tərtərliləri heç vaxt diqqətdən kənarda qoymamısınız. Qədirbilən tərtərlilər bunun dəyərini çox gözəl bilir və hər zaman təqdir edir.

Əziz Prezidentimiz, Ulu Tanrıdan Sizə cansağlığı, xoşbəxtlik və iərinizdə uğurlar arzulayırıq.

Xoruzlu kənd tam orta məktəbinin kollektivi adından dərin hörmətlə,

Səfərov Rafiq Cəmil oğlu, direktor Rəhimov Məhərrəm Sayoş oğlu Quliyeva Kəmalə Göycə qızı

Səfərov Elşən Rafiq oğlu İbirahimova Nabat Qaçay qızı.

Azərbaycan Respublikası, Tərtər rayonu, Xoruzlu kəndi.