“Təyinatım fələstinli qardaşlarımıza dəstək mesajıdır” – Səudiyyə Ərəbistanı səfiri

09:50 15.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Fələstindəki ilk səfiri Nayif əl-Sudeiri deyib ki, bu vəzifə ilə Fələstinə göndərilməsi, Səudiyyə Krallığının Qüdsdəki Baş Konsulluğunun Fələstindəki qardaşlara verdiyi dəstəyə daha böyük ölçülər qatacaq.

Hafta.az-ın yazdığına görə, Sudeyri açıqlamada belə deyib: "Səudiyyə Ərəbistanı Kral Salman bin Əbdüləziz, eləcə də vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salmanın dövründə fəal regional və qlobal gücə çevrilib. Səfir təyinatı Fələstin üçün bir çox simvolik mənası var. Bu Fələstindəki qardaşlara dəstək üçün atılmış konkret addımdır”.

Sudeiri Səudiyyə Ərəbistanının hər zaman fələstinlilərin yanında olduğunu, siyasi, maddi və mənəvi dəstək verdiyini vurğulayıb. Sudeiri, 1948-ci il Ərəb-İsrail müharibəsində şəhid olanları rəhmətlə yad edərək, Səudiyyə Ərəbistanının Fələstin rəhbərliyinə verdiyi maliyyə dəstəyinin 29 milyard Səudiyyə rialını keçdiyini qeyd edib. O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 4 milyard rial, Səudiyyə İnkişaf Fondu vasitəsilə isə fələstinlilərə 18 milyard rial yardım edib. Sudeiri, verilən ümumi yardımın 51 milyard rialı keçdiyini vurğulayıb.

Fələstinin Səudiyyə Ərəbistanındakı səfiri Bessam əl-Aqa da Səudiyyə Krallığının bu qərarını dünyaya mühüm mesaj kimi qiymətləndirib. O qeyd edib ki, bu mesaj Səudiyyə Ərəbistanının Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıması deməkdir.

Siyasət rubrikasından digər xəbərlər