Yaxın günlərdə ABŞ-ın vasitəçiliyi ilə Avropa şəhərlərindən birində Xankəndi-Bakı dialoqu baş tutmalıdır.
Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın “Respublika uğrunda” partiyasının lideri Arman Babacanyan öz “Facebook” səhifəsində yazıb.
A.Babacanyan iddia edib ki, “dünən həmyerlimiz Vaqif Xaçaturyanın oğurlanması Rusiya-Azərbaycan birgə əməliyyatıdır və məqsədi hər hansı birbaşa əlaqəni pozmaqdır”.
Erməni partiya sədri qeyd edib ki ABŞ-ın vasitəçiliyi ilə Xankəndi və Bakı arasında dialoq, ehtimal ki, Bolqarıstanda keçirilməlidir.
“Ümid edirəm ki, Stepanakert atdığı addımların və hərəkətlərinin ölümcül olduğunu başa düşür və bu məsələdə böyük məsuliyyətlə hərəkət edəcək. Artsax Amerika vasitəçiliyi ilə bu mühüm görüşü rədd edən tərəf olmamalıdır”, - deyə erməni siyasətçi bildirib.