Yazını böyüt
Yazını kiçilt
Moskvadakı ticarət mərkəzində isti su borusunda baş verən partlayış bir neçə can alıb. Belə ki, “Zəfər” parkının yaxınlığındakı “Vremena Qoda” ticarət mərkəzində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hafta.az-ın yazdığına görə, hadisə ilə bağlı açıqlama verən Moskva meri Sergey Sobyanin Telegram hesabında “Ticarət mərkəzində baş verən fəlakətdə 4 nəfər həyatını itirib. Ailələrinə və yaxınlarına başsağlığı veririk. Xilasetmə qrupları işlərini davam etdirir”, - deyə bildirib.
Mer Sobyanin qeyd edib ki, bütün xəsarət alanlara tibbi yardım göstərilib.
Hadisə ilə bağlı təhlükəsizlik qüvvələrinin başlatdığı istintaq davam edir.