Rusiyanın ən yaxın strateji tərəfdaşlarından biri və ən böyük quru sərhəd qonşusu, eləcə də Avrasiya İttifaqının üzvü olan Qazaxıstandan Rusiyanı qəzəbləndirəcək sanksiyalarla bağlı açıqlama verilib.
Hafta.az-ın yazdığına görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkəsi Rusiyaya qarşı sanksiyalar rejiminə mütləq əməl edəcək.
Almaniya kansleri Olaf Şolzla görüşündə məsələ ilə bağlı açıqlama verən Qazaxıstan lideri, “Qazaxıstan sanksiya rejiminə əməl edəcəyini açıq şəkildə bildirdi. Bizim sanksiya rejiminə əməl etmək üçün müvafiq təşkilatlarla əlaqələrimiz var və mənə elə gəlir ki, Almaniya tərəfinin sanksiyalardan yan keçməyə yönəlmiş mümkün hərəkətlərlə bağlı hər hansı narahatlığı olmamalıdır”, - deyə o bildirib.
Kremlin Tokayevin açıqlamalarına necə cavab verəcəyi maraq doğurur.
İyunda Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, sanksiyalara baxmayaraq, Rusiya ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2022-ci ildə rekord həddə - 2 trilyon rubla çatıb.
Qazaxıstanın baş naziri Əlixan Smailov bildirib ki, 2022-ci ildə bu rəqəm 6 artacaq artıb.
Qazaxıstan iqtisadiyyatın şaxələndirilməsi və hasilat sənayesindən asılılığın azaldılması planını fəal şəkildə həyata keçirir və emalda əhəmiyyətli artım, o cümlədən xüsusi iqtisadi zonalarda və sənaye parklarında səxavətli imtiyazlar vəd edilən yeni sənaye investorlarının cəlb edilməsini gözləyir.