Tonlarla ot bağlaması yandı

15:50 07.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 96 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.