ABŞ-ın Miçiqan ştatında törətmədikləri cinayətə görə 25 ilə yaxın həbsxanada yatmış Corc və Melvin DeJesus bəraət qazanıb. İkili dünən azadlığa qovuşaraq yaxınlarını qucaqlayıblar.
Hafta.az xəbər verir ki, Bu, 1995-ci ildə Marqaret Midkiffin evində ölü tapılması ilə başlayıb. Midkiffin cinsi təcavüzə məruz qaldığı da müəyyən edilib. Cinayət yerindən DNT bir il sonra Brandon Qohagenlə uyğunlaşıb.
Gohagen 1997-ci ildə keçirilən məhkəmə iclasında DeJesus qardaşlarının onu cinsi təcavüzə məcbur etdiyini iddia edib. Qatilin iddiasına görə, ikisi Midkiffi öldürüb.
Qohagen ikinci dərəcəli qətl və birinci dərəcəli cinsi təcavüzdə, DeJesus qardaşları isə ömürlük həbs cəzasına məhkum edilib.
Bununla belə, Qohagen 2017-ci ildə 1995-ci ildə qətldən bir il əvvəl qadını zorlayıb öldürməkdə təqsirli bilinib və ömürlük həbs cəzası alıb.
Miçiqan Baş Prokurorluğu Qohagen tərəfindən "emosional, fiziki və cinsi zorakılığa" məruz qalan daha 12 qadını müəyyən edib.
Bundan sonra DeJesus qardaşlarının işini araşdırmağa başlayan səlahiyyətlilər, Qohagenin qardaşları ittiham etməsi qarşılığında həmin vaxt sövdələşmə etdiyini ortaya çıxarıb.
Qeyd edilib ki, Corc və Melvinin cinayət hadisəsi ilə əlaqəsini təsdiq edən heç bir DNT və ya başqa sübut yoxdur.
DeJesus qardaşları məhkəmə zamanı deyiblər ki, cinayət gecəsi Qohagenlə məclisdə olublar və sonra hər kəs öz yolu ilə gedib. Səlahiyyətlilər bu ifadələri təsdiqləyən şahidlər tapdılar.
Dünən keçirilən məhkəmədə ikili təqsirsiz bilinərək sərbəst buraxılıblar.
Hakim Martha Anderson, "Sizə edilənlərə görə üzr istəyirəm. Ömrünüzün 25 ilini sizdən aldılar. Bu, əvəzolunmazdır" deyib.
Ayrı-ayrı kameralarda saxlanılan qardaşlar 24 ildir bir-birlərini görmədiklərini bildiriblər.
"Haqlı olmaq hissi ilə yola çıxmaq əla idi" deyib Corc. Melvin də "Çox məmnunam. Bunu çoxdan gözlədim" deyib.
Dövlət səhvən dəmir barmaqlıqlar arxasına salınan insanlara ildə 50 min dollar təzminat verir.