Yazını böyüt
Yazını kiçilt
Tərtər sakinindən odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağlı kənd sakini Q.Əliyevin evindən “TOZ-8” markalı tüfəng, 10 ədəd giliz, 1 ədəd patron kəməri və 1 ədəd uzaqgörmə cihazı aşkar edilərək götürülüb.
Araşdırma aparılır.