Yazını böyüt
Yazını kiçilt
Tovuzda yanğın hadisəsi baş verib.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Əyyublu kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 80 m² sahədə, altına yığılan taxta tullantıları 50 m² sahədə və bitişik hinin qapısı yanıb. Talvarın, hinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göyçayda da yanğın olub.
Rayonun İnçə kəndində yanacaq çəninin içərisində yanacaq qalıqları yanıb. Çən yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.