Tramp: Ukrayna müəyyən ərazilərdən imtina etməlidir

09:57 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, sülh razılaşmasına nail olmaq üçün Ukrayna bəzi ərazilərdən imtina etməlidir, əks halda bu əraziləri bir neçə ay ərzində itirə bilər.

Hafta.az xəbər verir ki, ABŞ lideri bunu Floridaya gedərkən təyyarəsində jurnalistlərlə söhbətində deyib:

“Baxın, hər şey bir istiqamətdə gedir. Nəhayət, yaxın bir neçə ay ərzində bu torpaqlar Rusiyanın əlinə keçə bilər. Deməli, ya döyüşüb daha 50–60 min insan itirmək istəyirsiniz, ya da elə indi nəsə etmək istəyirsiniz”.

ABŞ Prezidenti əlavə edib ki, bu müharibə illərlə davam edə bilər:

"Rusiyanın daha çox insan və hərbi resursu var. Ona görə mən hesab edirəm ki, Ukrayna saziş bağlaya bilsə, bu, yaxşı olardı. Düşünürəm ki, bu, hər iki tərəf üçün əla seçim olar”.