Yazını böyüt
Yazını kiçilt
ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanmaqda davam edir.
Belə ki, Respublikaçılar Partiyasının namizədi Donald Trampla Demokratlar Partiyasından olan rəqibi Co Bayden arasında gərgin mübarizə davam edir və bu mübarizədə Trampın öndə olduğu xəbəri verilir.
Hafta.az-ın məlumatına görə, seçkilərdə qalib gəlmək üçün namizədlərdən biri 270 elektoral səs toplamalıdır.
Son məlumatda bildirilir ki, Bayden 227, Tramp isə 213 elektoral səs toplayıb. Səslərin tam hesablanmadığı 8 ştatdan 6-da Tramp öndədir.