Tramp mümkün rəqibi Harrisi iki təhqiramiz sözlə təsvir etdi

20:11 23.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdəki mümkün rəqibi Kamala Harrisi tənqid edərkən təhqirlərə də əl atıb.  Eks-prezident xanım namizədi iki sərt sözlə təsvir etdi.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “The New York Post” yazır.

"Kamala Harrisi iki sözlə təsvir etmək olar: kinli və axmaq. Bu, pis birləşmədir", - 78 yaşlı respublikaçı prezidentliyə namizəd deyib.

Xatırladaq ki, milli sorğuların nəticələrinə görə, Tramp(47%)  Harrisi (45%) cəmi iki faiz qabaqlayır.