Yazını böyüt
Yazını kiçilt
Sudanda baş verən vəhşiliklərə son qoymaq, eyni zamanda bu ölkədə vəziyyəti sabitləşdirmək üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər Yaxın Şərq tərəfdaşları ilə birlikdə çalışacağıq.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O bildirib ki, Sudanda dəhşətli vəhşiliklər baş verir və bu yer kürəsinin ən zorakı yerinə və eyni zamanda ən böyük humanitar böhrana çevrilib:
“Ərəb liderləri, xüsusən də ABŞ-ı yeni tərk edən Səudiyyə Ərəbistanının vəliəhdi Sudanda baş verənlərə dərhal son qoymaq üçün prezidentliyin gücündən və təsirindən istifadə etməyimi xahiş etdilər. Bu ölkələrin əməkdaşlığı və koordinasiyası ilə düzəldilə bilər”.