Trampın vəziyyəti yaxşıdır - Stiven Çunun

09:25 14.07.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidentliyinə namizəd Donald Trampın vəziyyəti hazırda yaxşıdır.

Hafta.az xəbər verir ki, bu barədə sabiq prezidentin sözçüsü Stiven Çunun bəyanatında bildirilib.

O qeyd edib ki, Pensilvaniyada keçirilən mitinq zamanı sabiq prezidentə qarşı uğursuz sui-qəsd cəhdindən sonra səhhəti yaxşıdır:

“Prezident Tramp hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə bu iyrənc hadisə zamanı çevik hərəkətlərinə görə təşəkkür edir. Onun vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində müayinə olunur”.