Bütün iqtisadi və siyasi qeyri-müəyyənliklərə baxmayaraq, turizm sənayesi mövsümü xilas etdi. “Kommersant”ın xəbərinə görə, yay mövsümündə turizm sektorunda tələbat artıb, Rusiyada ölkədaxili və beynəlxalq səyahətlərdə ciddi artım müşahidə olunub.
Hafta.az-ın yazdığına görə,yayın sonuna qədər tətil planlarını quran turistlər rezervasiyalarını böyük ölçüdə tamamlayıblar. Səyahət edən rusların sayı əvvəlki illə müqayisədə 10-15 faiz, turpaketlərin qiymətləri isə 22 faiz, uçuş biletlərinin qiymətləri də 13-26 faiz artıb.
Turun orta rezervasiya qiyməti 198 min rubla (təxminən 2200 dollar) yüksəldiyi halda, aviabiletlərin orta qiymətləri daxili reyslər üçün 17,2 min rubl (190 dollar), uzaq beynəlxalq istiqamətlər üçün isə 50,3 min rubl (550 dollar) olaraq hesablanıb. Yaxınlıqdakı xarici istiqamətlər üçün qiymətlər 2 faiz azalaraq 27,9 min rubla qədər görünür.
Rusiyalı turistlər arasında ən populyar istiqamət yenə Türkiyə olub. Cənub-Şərqi Asiya ölkələri və Gürcüstan, xüsusən də fərdi səyahətçilər arasında artan maraq doğurur.
Təşkil edilən turların 55 faizini Türkiyə təşkil edərkən, 11 faizi Misirə, 8 faizi isə Birləşmiş Ərəb Əmirliklərinə üstünlük verib. Daxili turizm xərcləri 40,5 faiz artaraq 118,5 min rubla (1300 dollar) çatıb.
Cənub-Şərqi Asiya ölkələri arasında ən çox seçilən ölkə Tailand olub. O cümlədən, Tailanda rezervasiyalar ötən illə müqayisədə 2,3 dəfə artıb. Bu artım Tailandın birbaşa uçuş imkanları və digər məşhur istirahət yerləri ilə müqayisədə daha sərfəli qiymətlərlə izah olunur. Bu artımın növbəti illərdə də davam edəcəyi gözlənilir.