Tural Gəncəliyev Avropa Parlamentinin rəsmiləri ilə görüşəcək

15:03 10.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 11-də Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq komitəsinin həmsədri Tural Gəncəliyev Fransanın Strasburq şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildirilib ki, səfər çərçivəsində Tural Gəncəliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin (AP) Azərbaycanın dostları qrupunun üzvləri və parlamentin digər rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 15-də başa çatacaq.

Siyasət rubrikasından digər xəbərlər