Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Azərbaycan kuboku yarışlarında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
Hafta.az-ın yazdığına görə, “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanı baş hakim Rəşad Əhmədov idarə edəcək. Oyuna saat 16:00-da start veriləcək.
Komandalar indiyədək ölkə kuboku yarışları tarixində üz-üzə gəlməyiblər. Cavab görüşü aprelin 26-da gerçəkləşəcək.
Qeyd edək ki, ilk yarımfinal matçında "Qəbələ" evdə "Səbail"i 3:2 hesabı ilə üstələyib.