“TurAz Qartalı-2022” təlimində iştirak edən Türkiyə heyəti yola salınıb

18:24 11.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.

Siyasət rubrikasından digər xəbərlər