Yazını böyüt
Yazını kiçilt
Türk dövlətləri üçün gələcəkdə elektron baza yaratmaq istəyirik. Bu, əlaqələrin qurulması üçün çox vacibdir.
Hafta.az xəbər verir ki, bu fikirləri dekabrın 21-də Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.
O qeyd edib ki, komitənin rəsmi internet saytında yayımlanan xəbərlərin operativliyini, sayını təmin etmək üçün interaktiv xəritə yaradılıb. Yaradılan xəritə ilə dünyanın istənilən yerindən diaspor haqqında məlumat almaq olar.
Fuad Muradovun sözlərinə görə, dünyanın 60-dan çox ölkəsindən minlərlə soydaşımızın qatıldığı konfranslar təşkil edilib.