Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli Müdafiə Komitəsinin görüşü keçirilib

09:05 25.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ər-Riyadda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Üçtərəfli Müdafiə Komitəsinin ilk iclası keçirilib.

Hafta.az-ın yazdığına göeə, mövzu ilə bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamaya görə, əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə keçirilən görüşdə Türkiyə Milli Müdafiə Nazirinin müavini Cəlal Sami Tüfəkçi, Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Talal bin Abdullah bin Turki əl-Uteybi və Pakistan Silahlı Qüvvələrindən general-leytenant Məhəmməd Səid iştirak edib.

Görüşdən sonra hakimiyyət ikitərəfli xüsusi işçi qrupları keçirib.

Səudiyyə Ərəbistanı-Türkiyə işçi qrupunun iclasında müdafiə sənayesi, texnologiya transferi və milliləşdirmə, elmi araşdırmaların inkişafı sahələrində əməkdaşlıq üçün yol xəritəsi müzakirə edilib.

İclasda Uteybi və Tüfəkçi ilə yanaşı Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün də iştirak edib.

Siyasət rubrikasından digər xəbərlər