Türkiyə İrana XƏBƏRDARLIQ ETDİ

12:59 08.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə İrana öz ərazisi istiqamətində yeni raketlərin buraxılmasının yolverilməz olduğunu bildirib.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının XİN başçılarının qeyri-rəsmi görüşündən sonra bildirib.

Nazirin sözlərinə görə, Ankara Tehrana belə insidentlərin təkrarlanmaması ilə bağlı xəbərdarlıq edib.