Yazını böyüt
Yazını kiçilt
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükaksı futbol üzrə Çempionlar Liqasının finalının İstanbulda keçirilməsinin ölkəyə 200 milyon dollara yaxın gəlir gətirdiyini bildirib.
“Dünyanın hər yerindən qonaqlar finala gəlib və ölkəmizin iqtisadiyyatına 200 milyon dollar dəyərində töhfə veriblər”, - Büyükeksi T24-ə bildirib.
Xatırladaq ki, iyunun 10-da İstanbulda keçirilən Çempionlar Liqasının finalında İngiltərənin “Mançester Siti” klubu İtaliya “İnter”ini 1:0 hesabı ilə məğlub edib.