Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı işlər davam etdirilir

15:40 27.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci il ərzində Azərbaycan Prezidenti Türkiyəyə üç səfər edib, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana iki səfər edib. Həmçinin beynəlxalq platformalarda da ikitərəfli görüşlər keçirilib.

Hafta.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Şuşa Bəyannaməsindən irəli gələn bütün sahələrdə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı işlər davam etdirilir.

Siyasət rubrikasından digər xəbərlər