Türkiyə mübarizəni dayandırdı, Uels 1/8 finalda

22:18 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avro-2020-nin qrup mərhələsi davam edir.

Hafta.az xəbər verir ki, 10-cu oyun günündə 3-cü tura 2 oyunla start verilib.

A qrupunda Türkiyə millisi Bakıda İsveçrə ilə qarşılaşıb. Ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala çıxmaq istəyən kollektiv son şansından da yararlana bilməyib. 1:3 hesabı ilə uduzan "ay-ulduzlular" turniri xalsız tərk edib. Şenol Günəşin komandası ilk iki görüşdə də uduzmuşdu. 

Digər matçda isə artıq pley-offa vəsiqəni təmin edən İtaliya Uelslə üz-üzə gəlib. Oyun italyanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Uels və İsveçrə millisinin hər birinin 4 xalı olub. Ancaq top fərqində daha üstün olan Uels yığması 1/8 finala adlayıb. İsveçrə millisinin isə ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala çıxıb-çıxmayacağı digər qrupların oyunlarından sonra bilinəcək. 

Avropa çempionatı

A qrupu, 3-cü tur

İsveçrə - Türkiyə - 3:1
Qollar:
 Seferoviç, 6 (1:0), Şakiri, 26 (2:0), Kahveci, 62 (2:1), Şakiri, 68 (3:1)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu.

İtaliya - Uels - 1:0
Qol:
 Pessina, 39
Qırmızı vərəqə: Ampadu, 55 (Uels)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
Roma, "Olimpiko" stadionu.

Oxunma sayı 738
İdman rubrikasından digər xəbərlər