Gec-tez Rusiya Türkiyə ilə birbaşa hərbi toqquşmaya girməli olacaq, Donbass separatçılarının keçmiş komandanı İqor Strelkov Telegram kanalında yazıb.
“Döyüşlər Suriyada, Transqafqazda və Qara dənizdə aparılacaq. Ukrayna və Krımda ordumuza qarşı əməliyyatlarda türk hərbçilərinin böyük kontingentinin birbaşa iştirakı istisna edilmir”.
Birinci mərhələ Bosfor və Çanaqqalanın donanmamız üçün bağlanması və Suriyaya əlavə qüvvələr çatdıran təchizat gəmiləri olacaq.
Bundan sonra Suriyada növbəti addımlar atılacaq. Türkiyə qoşunları döyüş sursatı və təchizatının tükənməsini gözlədikdən sonra Suriyanın şimalında ekspedisiya gücümüzü və Suriya qoşunlarını tam məğlubiyyətə uğratmağa çalışacaq.
Təchizat və möhkəmləndirmələrdən kəsilmiş ekspedisiya korpusumuzun türk ordusunu məğlub etmək imkanı yoxdur.
Qarabağ və Ermənistandakı sülhməramlı kontingentimizin taleyi də eyni dərəcədə qibtəedilməz görünür. Hansı ki, ermənilər tərəfindən əzilmiş və (ən yaxşı halda) internasiya ediləcək və ya sadəcə Türkiyə-Azərbaycan koalisiyası tərəfindən dağıdılaraq əsir düşəcək.
İstənilən halda, Ankara Rusiya Federasiyası ilə genişmiqyaslı hərbi münaqişəyə girməsə belə, türklər Suriyadakı qruplaşmamızı “boğacaq”, çünki bütün kommunikasiyalar Novorossiyskdən Tartusa dəniz tədarükünə və hava məkanını bağlamağa əsaslanır. Suriya ilə də türklər üçün problem deyil”, - Strelkov yazıb. haqqın.az