Türkiyə ıə Azərbaycanın son birgə hərbi təlimləri və əhatə dairəsinin genişliyi erməniləri qorxuya salıb. İrəvan təlimlərin gedişini diqqətlə izlədiyini açıqlayıb.
«Türkiyə ilə Azərbaycan arasında Bakıda, Naxçıvanda və Qarabağda hərbi təlimlərin keçirilməsi əvvəlcədən planlaşdırılıb. Lakin bütün hərbi təlimlər kimi, Ermənistanın sərhədlərində keçirildiyini nəzərə alsaq, onlar da müəyyən təhdidləri ehtiva edir».
Hafta.az bildirir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan jurnalistlərlə söhbətində deyib.
“Əlbəttə, diqqətliyik”, - deyə o vurğulayıb.
“Bunun fonunda Ermənistanda hərbi təlimlərin sayı artırılmalıdırmı?” sualına deputat “Vaxtı gələcək və bunu görəcəksiniz” deyə cavab verib.