Türkiyə XİN Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib 

16:31 28.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 28 May - Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Hafta.az-ın məlumatına görə, bu barədə nazirliyin "Twitter" səhifəsində yazılıb.

Nazirlik bildirib: "Vətən müharibəsindəki mübarizələri ilə şanlı Azərbaycan bayrağının heç bir şərtlər altında endirilməyəcəyini göstərən azərbaycanlı qardaşlarımızı hörmətlə salamlayırıq!".