Qardaş ölkə Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Türkiyənin ölkəmizdəki səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
Hafta.az-ın yazdığına görə, səfirlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarlarına, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Eləcə də, hər şeylərini itirmiş insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik vasitələri lazımdır.

Qeyd edək ki, zəlzələdən zərər çəkənlərə "AFAD" adına açılmış aşağıdakı hesab nömrələri vasitəsilə heç bir komissiya tutulmadan yardım edilə bilər:
Hesabın adı: T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı
Alıcı Bank: T.C. ZİRAAT BANKASI A.Ş.
Alıcı Şöbə: ANKARA KAMU KURUMSAL ŞUBESİ
TL: TR73 0001 0017 4555 5555 5552 04
USD: TR 46 0001 0017 4555 5555 5552 05
EURO: TR 19 0001 0017 4555 5555 5552 06
Bank Swift Kod No: TCZBTR2A
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə 3381 nəfər həlak olub, 20426 nəfər yaralanıb.